II Ramzesin dövrünə aid qiymətli arxeoloji tapıntılar aşkarlanıb

Misirdə fironlar şəhəri olan Memfisdən 2 kilometr cənub-şərqdə II Ramzesin dövrünə aid mərmər lövhələr və qadın heykəli aşkar edilib. Arxeoloji qazıntılar nəticəsində Qibti dövrünə aid olduğu bildirilən məişət əşyaları da tapılıb.

Millitribuna.az  bildirir ki, Misirin Qədim Abidələr üzrə Ali Şurasının yaydığı məlumatda heykəlin çəhrayı və qara mərmərdən hazırlandığı, habelə lövhələrin üzərində Qədim Misirin paytaxtı Memfisin təsvirləri, transkripsiyalar olduğu bildirilib. Şuranın sədri Mustafa Vəziri deyib ki, əslində, firon II Ramzesin abidəsini axtaran arxeoloqlar naməlum qadın heykəlini aşkar ediblər. O əlavə edib ki, bundan əvvəl həmin ərazidə müharibə tanrıçası və fironların himayəçisi Sexmetin və səma tanrıçası Hazorun heykəlləri tapılıb.

Qeyd olunub ki, Memfis yaxınlığında arxeoloji qazıntılar davam etdiriləcək. Arxeoloqlar eradan əvvəl 1279-1213-cü illərdə hakimiyyətdə olmuş Qədim Misirin ən qüdrətli fironu, Doqquzuncu sülalənin və Yeni Krallığın banisi II Ramzesin heykəlini tapmağa çalışacaqlar.(azərtac)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *