Türkiyə Kubokunun sahibi məlum oldu

Futbol üzrə Türkiyə Kubokunda final matçı keçirilib.

Millitribuna.az-ın məlumatına görə, İstanbuldakı «Atatürk» Olimpiya Stadionunda «Trabzonspor» və «Alanyaspor» komandaları üz-üzə gəlib. Qarşılaşma «Tranzonspor»un qələbəsi ilə yekunlaşıb — 2:0. İlk qolu 25-ci dəqiqədə Abdulkadir Ömür vurub. Oyunda son nöqtəni isə 90+10-cu dəqiqədə Aleksander Sörlot qoyub.

Bununla da «Trabzonspor» tarixində 9-cu dəfə Türkiyə Kubokuna sahib olub. Sonuncu dəfə «bordo-mavilər» kuboka 2010-cu ildə sahib olmuşdular. Superliqada isə bu klub cari mövsümdə gümüş medal qazanıb.

Çempionatda 5-ci yerlə kifayətlənən «Alanyaspor» tarixində ilk dəfə kubokda final həyəcanı yaşayıb.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *