«Qarabağ»ın bütün potensial rəqibləri bilindi

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək «Qarabağ”ın 1-ci təsnifat mərhələsindəki bütün potensial rəqiblərinin adlarına aydınlıq gəlib.
Millitribuna.az fanat.az-a istinadən xəbər verir ki, səpələnmişlər səbətində yer alan Ağdam təmsilçisi nisbətən zəiflərin yer aldığı «səpələnməmişlər”dən biri ilə üz-üzə gələcək. Artıq 16 komandanın adı dəqiqləşib. Yalnız ilkin mərhələdən hansı klubun gələcəyi bilinmir.
Bu isə o deməkdi ki, ilk mərhələdə yer alan 4 komanda da «Qarabağ” üçün potensial rəqib hesab olunmalıdı. Üstəlik, 1-ci təsnifat mərhələsinin püşkü ilkin raundun qalibi müəyyənləşməmiş atılacaq.
UEFA Çempionlar Liqası, 2020/21 mövsümü
İlkin mərhələ
«Tre Fiori” (San-Marino) – «Linfild” (Şimali İrlandiya)
«Drita” (Kosovo) – «İnter” (Eskaldes, Andorra)
1-ci təsnifat mərhələsi
Səpələnmişlər: «Seltik” (Şotlandiya), «Astana” (Qazaxıstan), «Ludoqorets” (Bolqarıstan), «Srvena Zvezda” (Serbiya), «QARABAĞ” (AZƏRBAYCAN), «Legiya” (Polşa), «Makkabi” (Tel-Əviv, İsrail), «Molde” (Norveç), «Şerif” (Moldova), «Ferensvaroş” (Macarıstan), «Dandolk” (Şimali İrlandiya), «Slovan” (Slovakiya), «Suduva” (Litva), «Omoniya” (Kipr), Rumıniya çempionu, «Sarayevo” (Bosniya və Herseqovina), «Dinamo” (Tiflis, Gürcüstan)
Səpələnməmişlər: «Fola” (Lüksemburq), «Yurqorden” (İsveç), «Buduçnost” (Monteneqro), «Flora” (Estoniya), «Dinamo” (Brest, Belarus), «Riqa” (Latviya), «Konnahs Kuey” (Uels), «Europa” (Cəbəllütariq), «Klaksvik” (Farer adaları), «Çelye” (Sloveniya), «Ararat” (Ermənistan”), «Reykyavik” (İslandiya), «KuPS” (Finlandiya), «Tirana” (Albaniya), «Sileks” (Şimali Makedoniya), «Floriana” (Malta), ilkin mərhələnin qalibi.
İlkin mərhələnin oyunları 8-11 avqustda İsveçrənin Nyon şəhərində keçiriləcək. 1-ci təsnifat mərhələsinin püşkü avqustun 9-da atılacaq. Bu mərhələnin oyunları sözügedən ayın 18-19-da keçiriləcək.
Xatırladaq ki, qaydalara əsasən, Azərbaycan və Ermənistan klubları iki ölkə arasındakı münaqişəyə görə rəqib ola bilməz.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *