Masallıda ata-bala güllələnib

Masallı rayonunda qonşular arasında güllələnmə hadisəsi baş verib.

Millitribuna.az xəbər verir ki, hadisə rayonun Əhmədli kəndində qeydə alınıb.

Kənd sakini, 1966-cı il təvəllüdlü Hafiz Cəfərov qonşuları — 1989-cu il təvəllüdlü Vüqar İsmayılov və onun atası, 1960-cı il təvəllüdlü Valeh Məmmədrəsul oğlu İsmayılova ov tüfəngindən 2 güllə atıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Biri qol, digəri isə diz nahiyəsindən yaralanan ata və oğulun vəziyyəti orta-ağırdır. Ailə münaqişəsi zəminində baş verən hadisəni törədən H.Cəfərov Masallı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.(APA)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *