Koronavirusun ürəyə vurduğu zərbə aşkarlandı

COVİD-19 xəstəliyinə qalib gələn və ya ölən şəxslərin ürəyində zədə aşkarlanıb.

Millitribuna.Az xəbər verir ki, Almaniyanın Frankfurt Universiteti Xəstəxanası və Hamburq Ürək-Damar Mərkəzi tərəfindən aparılan iki araşdırma nəticəsində bu nəticə əldə olunub.

Araşdırmada COVİD-19-un ürəyə miokard infarktı ilə eyni zərəri verdiyi müəyyən edilib. Belə ki, sağ qalanların 75%-dən çoxunun qanında miokard infarktı keçirdikdən sonra müşahidə edilən yüksək dozada protein aşkarlanıb. COVİD-19 səbəbilə dünyasını dəyişənlərin isə 60%-dən çoxunun ürək əzələlərində virusa rast gəlinib.

Mütəxəssislər zərərin neçə müddət qala biləcəyi mövzusunda qənaətlərini açıqlamyıb. Lakin araşdırmanın COVİD-19-a qalib gələnlərin niyə həftələrlə və ya aylarla zəif və yorğun hiss etdiyini açıqlamaya yardımçı olduğunu bildiriblər.

Qeyd edək ki, SARS-CoV-2-nin daha əvvəl təənəffüs yolları, böyrəklər və beyinə zərər vurduğu daha əvvəl aşkarlanmışdı. Yeni aparılan bu 2 araşdırma nəticəsində virusun kardiovaskulyar sistemə də hücum etdiyi təsdiqini tapıb.(milli.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *