Azərbaycanda bitən ən şəfalı bitki — Dəvə qanqalının faydaları

Qanqal bitkisi demək olar ki, Azərbaycanın bir çox bölgələrində, xüsusilə yol kənarlarında, gün işığı çox düşən sahələrdə yetişir.

Hələ qədim zamanlarda yaşlı insanlar cavanlara qanqal bitkisini yedizdirərək bu bitkinin bir çox xəstəliklərə faydalı olduğunu deyirlərmiş. Azərbaycanın bəzi bölgələrində bu bitkinin baş hissəsi yığılıb yeyilir.

Millitribuna.az qanqal bitgisinin möcüzəvi faydalarını təqdim edir:

– Ən önəmli faydalarından biri qaraciyərin yenilənməsinə təsir etməsi göstərilir. Toxumaların yenilənməsində faydalı olan qanqal, qaraciyəri zərərli maddələrdən təmizləyərək yağlanmanın qarşısını alır.

– Sarılıqdan sonra insanlarda yaranan qaraciyər xəstəliklərinin müalicəsində istifadə etmək tövsüyyə olunur.

– Öd kisəsində yaranan daşlar səbəbilə ağrı çəkən xəstələrə, ağrıkəsici kimi istifadə etmək məsləhət görülür.

– Hər hansı bir səbəbdən qızdırması qalxan insanlarda temperaturun salınmasında kömək olur.

– Bədəndə yaranan sinir ağrılarının rahatlamasına müsbət təsir edir.

– Yarpaqları qaynadılaraq suyuna bal qatıb içmək malyariya xəstəliyinə faydalı ola bilər.

– Süd verən analarda süd artırma xüsusiyyətlərinə malikdir.

– İmmuniteti gücləndirmə xüsusiyyətlərinə malik olan qanqalın, immun sistemi xəstəlikləri üçün də faydaları var

– Cinsi zəiflik zamanı istifadə oluna bilər

– Damar tutulması səbəbilə yaranan xəstəliklərin müalicəsində istifadə etmək olar

– Bağırsaqların sürətli işləməsinə kömək olur

– İştah artıran xüsusiyyətlərə sahibdir

– Alkoqol asılılığını müalicə etmək üçün istifadə oluna bilər.

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *