ABŞ-ın S-400 «qorxusu» sadəcə cəfəngiyyatdır — Ekspert

S-400-lər vasitəsilə F-35-lər haqqında məlumat toplanacağı ilə bağlı Vaşinqtonun narahatlığı tamamən yersizdir.

Millitribuna.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Sergey Denisentsev deyib.

“S-400 və F-35 arasında texniki uyğunluq məsələsi tamamən cəfəngiyyatdır. Əslində bu silah sistemləri arasında texniki uyğunluq məsələsi ilə bağlı hər hansı problem yoxdur. S-400-lərin F-35 qırıcıları haqqında məlumat toplamaq üçün istifadə edilməsi söyləntiləri yalnız çaşqınlıq yaradır. Bu, Türkiyənin F-35-dən çıxarılması üçün amerikalıların növbəti uydurmasıdır”, — deyə ekspert bildirib.(axar.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *