Yanacaqdoldurma məntəqəsində atasını bıçaqladı

Qaxda bıçaqlanma hadisəsi qeydə alınıb.

Millitribuna.az-ın məlumatına görə, hadisə ötən gün rayonun Qoragan kəndi ərazisindəki yanacaq doldurma məntəqəsində baş verib.

Belə ki, məcburi köçkün olan 1961-ci il təvəllüdlü Əhmədov Cəmil Mehdi oğlu bıçaq yarası diaqnozu ilə Qax rayon Mərkəzi Xəstəxanasına aparılıb.  Müayinə zamanı C. Əhmədovun iki döş qəfəsindən və bir sol bazı nahiyəsindən bıçaq yarası aldığı məlum olub.

Yaralıya lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın cərrahiyə şöbəsində davam etdirilir. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.  Araşdırma zamanı C. Əhmədova bıçaq xəsarəti yetirən şəxsin onun oğlu, 1986-cı il təvəllüdlü Mirzəbəyov Mehdi Cəmil oğlu olduğu müəyyənləşib.  O, müvafiq polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır. (Qafqazinfo.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *