Azərbaycan Türkiyədən kimyəvi məhsul ixracını artırıb

2020-ci ilin yanvar-iyun aylarında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 31,77 faiz artaraq 203,946 milyon dollar təşkil edib.

Millitribuna.Az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildirilib.

İyun ayında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2019-cu ilin iyunu ilə müqayisədə 54,97 faiz artıb və 35,655 milyon dollara bərabər olub.

Yanvar-may aylarında Türkiyənin dünya bazarlarına kimyəvi məhsulların ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz azalaraq 8,624 milyard dollar təşkil edib.

Bu müddət ərzində Türkiyənin ümumi ixracında kimyəvi məhsulların ixracının payı 11,5 faizə bərabər olub.

Son 12 ay ərzində (iyun 2019 — iyun 2020) Türkiyə 19,2 milyard dollar məbləğində kimyəvi məhsul ixrac edib.(trend)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *