Ukrayna, Polşa və Litva “Lüblin üçbucağı” yaratdılar

Polşada bu ölkənin, Ukraynanın və Litvanın Xarici İşlər nazirləri siyasi, iqtisadi və sosial əməkdaşlıq üçün üçtərəfli “Lüblin üçbucağı” platformasının yaradıldığını bəyan ediblər.

Millitribuna.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bundan əlavə, tərəflər ölkələrinin XİN rəhbərləri səviyyəsində məsləhətləşmələr təşkil edəcək və Xarici İşlər nazirliklərində “Lüblin üçbucağı” çərçivəsində əməkdaşlıq məsələləri üzrə nümayəndə vəzifəsini təsis edəcəklər.

Onlar çoxtərəfli tədbirlər çərçivəsində mütəmadi görüşlər keçirməyi planlaşdırırlar.

Məsələ ilə bağlı bu gün nazirlər danışıqlar aparıblar. Onlar üç ölkə arasında parlamentlərarası, xüsusilə Ukrayna-Polşa-Litva Parlament Assambleyası çərçivələrində dialoqun vacibliyini vurğulayıblar.

Xarici İşlər nazirləri silahlı qüvvələr arasında Ukrayna-Polşa-Litva üçlüyü ilə əməkdaşlığı dərinləşdirmək və genişləndirmək arzusunda olmalarını təsdiqləməklə yanaşı, koronavirus pandemiyasına qarşı mübarizəyə qarşılıqlı dəstək göstərəcəklərini vəd edirlər.(azertac)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *