Azərbaycanda 58 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 25 avqust tarixində təşkil ediləcək.

Millitribuna.az-ın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, hərraca ümumilikdə 58 dövlət əmlakı çıxarılacaq. Bunlardan 23-ü səhmdar cəmiyyəti, 30-u kiçik dövlət müəssisəsi, 2-si qeyri-yaşayış sahəsi, 3-ü isə yarımçıq tikilidir. Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı ilə bu linklərə daxil olmaqla tanış olmaq mümkündür: (https://bit.ly/2Ekz381https://bit.ly/3hG0lEshttps://bit.ly/3f53tYKhttps://bit.ly/3jKIT3e).

Qeyd edək ki, sənaye, nəqliyyat, inşaat, təmir və s. sahələrə aid səhmdar cəmiyyətlərinin səhm paketinin 30-45%-i özəlləşməyə çıxarılıb. Hərraca çıxarılan dövlət əmlakı respublikanın müxtəlif bölgələrində yerləşən ticarət, xidmət obyektləri, istehsal müəssisələri, qeyri-yaşayış binalarıdır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *