25 futbolçu koronavirusa yoluxub

Qazaxıstanın «Kaysar» klubunun 25 oyunçusunda koronavirus aşkarlanıb.

Fanat.Az Sports.kz saytına istinadən xəbər verir ki, bu barədə «Kaysar»ın baş məşqçisi Stoyço Mladenov məlumat verib:

«Kaysar»ın 10 futbolçusunun koronavirus testinin nəticəsi pozitiv çıxıb. Gənclərdən ibarət komandamız — «Baykonur»u da nəzərə alsaq, COVID-19-a yoluxanların toplam sayının 25 olduğunu deyə bilərik. Mənim və məşqçilər korpusunun digər üzvlərinin, o cümlədən Aleksandr Kolevin analiz nəticələri neqativ çıxıb.

«Kaysar»ın matça çıxıb-çıxmayacağını bilmirik. Bugünkü məşqi ləğv etdik, yekun qərarı gözləyirik».

«Kaysar» iyulun 1-də Qazaxıstan Premyer Liqasının 3-cü turu çərçivəsində «Taraz»la qarşılaşmalıdı.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *