125 dollarlıq koronavirus dərmanının istehsalına başlanıldı

Misirin “Eva Pharma” əczaçılıq şirkəti koronavirusun müalicəsində istifadə olunan “Remdesivir” və “Favipiravir” preparatlarının istehsalına başlayıb.

Millitribuna.az xəbər verir ki, “Eva Pharma” şirkəti iyun ayının əvvəli “Remdesivir” preparatının yaradıcısı “Gilead Sciences Inc” şirkətindən dərmanın istehsalı üçün lisenziya alıb. Dərmanın ilkin mərhələdə 50 000 dozasının istehsal ediləcəyi və bir qutusunun 125 dollara satılacağı bildirilib. Şirkət Misir üzrə tələbatın tam qarşılanmasından sonra dərmanı 127 ölkəyə ixrac etməyi planlaşdırır.

Şirkət, həmçinin ayda 1 milyon həb “Favipiravir” dərmanının istehsalına da başlayıb. Şirkətin məlumatına görə, yaxın 2-3 həftə ərzində bazara çıxarılması planlaşdırılan dərmanın qiyməti ilə bağlı hələ ki, yekun qərar verilməyib.

Qeyd edək ki, ABŞ istehsalı “Remdesivir” preparatı koronavirusa yoluxmuş orta və ağır vəziyyətdə olan xəstələr üçün, “Favipiravir” preparatı isə yüngül və orta vəziyyətdə olan xəstələr üçün nəzərdə tutulub.(qafqazinfo)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *