Silahlı Qüvvələr Günü Stokholmda qeyd olundu — Video

 

Stokholm şəhərində fəalliyət göstərən «Qarabağ» rəqs qrupu Silahlı Qüvvələr günü münasibəti ilə əlaqədar bayram tədbiri keçirib.

Millitribuna.az xəbər verir ki, bayram tədbiri İsveçin paytaxtı Stokholm şəhərində fəaliyyət göstərən «SAF» İsveç-Azərbaycan Birliyinin sədri, “Qarabağ” rəqs qrupunun yaradıcısı və rəhbəri, SAF məktəbinin direktoru Sevda Dadaşovanın təşəbbüsü ilə baş tutub.

İsveçdə fəaliyyət göstərən «Qarabağ» rəqs qrupunun üzvləri həmin ölkədə yaşayan soydaşlarımızın azyaşlı övladlarından ibarətdir.
Ölkə sərhədlərindən minlərlə kilometr uzaqlarda yerləşən İsveçdə azərbaycanlı övladlara bu cür vətənpərvərlik hissi aşılayaraq, onların qəlbində daima vətənə və millətə məhəbbət hissi yetişdirən Sevda Dadaşovaya öz minnətdarlığımızı bildiririk.

Qeyd edək ki, SAF ( İsveç-Azərbaycan birliyi) 2017-ci ilin fevral ayında yaranıb. Birliyin yeni yaranmasına baxmayaraq, müxtəlif tədbirlər həyata keçirib, ölkəmizi müxtəlif istiqamətlərdə beynəlxalq aləmdə təmsil edib. Birlik tərəfindən hər il «20 Yanvar», «Xocalı» və tarixdə iz qoyan digər günlərin anım günləri keçirilir. Bununla yanaşı, hər il müxtəlif istiqamətlər üzrə sərgilər, seminarlar və təqdimatlar təşkil edilir.

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *