Koronavirusdan qorunmaq üçün hər səhər BU ÇAYI İÇİN

Hindistan alimləri koronavirusun ağır fəsadlarından qorunmaq üçün hər gün sarıkök çayını içməyi tövsiyə edirlər.

Millitribuna.az bildirir ki, bu haqda Times Now məlumat verib.

Mütəxəssislər qeyd edir ki, sarıkökün tərkibində olan bioloji aktiv maddə “kurkumin” ağciyərin hüceyrələrini qoruyur, ağciyərdə iltihab nəticəsində çapıqların (fibroz) əmələ gəlməsinin qarşısını alır.

Araşdırmalar göstərib ki, sarıkökün müntəzəm istehlakı xroniki obstruktiv ağciyər xəstəliyi, astma, xroniki bronxit kimi xəstəliklərin riskini azaldır.

Mütəxəssislər vurğulayır ki, sarıkök siqaret çəkən insanlar üçün xüsusilə faydalıdır ki, siqaretin ağciyərə olan mənfi təsirini azaldır.

Həmçinin sarıkök çayı immuniteti möhkəmləndirir, orqanizmə güclü antioksidant təsir edir.

Sarıkök mədə-bağırsaq, qaraciyər üçün də çox faydalı sayılır.

Sarıkök çayını hazırlamaq üçün 1 stəkan isti suya 1/3 çay qaşığı təbii sarıkök əlavə olunur. Çaya bal və limon da əlavə edə bilərsiniz.(saglamolun.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *