FIFA AFFA-ya 1.5 milyon dollar verəcək

FIFA koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinlikləri aradan qaldırmaq üçün milli federasiyalara maliyyə yardımı edib.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Ali futbol qurumu yardım məqsədilə ümumilikdə 1.5 milyard dollar vəsait ayırıb. AFFA da daxil olmaqla quruma üzv 211 assosiasiyanın hər birinə 1 milyon dollar, qadın futbolunun inkişafı üçün əlavə 500 min dollar qrant ödəniləcək.
Konfederasiyaların hər birinə isə 2 milyon dollar ödəniləcək. Ödənişlər FIFA-nın planının ilk iki mərhələsində ediləcək. Üçüncü mərhələdə hər bir milli assosiasiya 500 min dollardan 5 milyon dollaradək kredit almaq üçün müraciət hüququna malik olacaq. Məbləğ illik gəlirin 35 faizindən çox olmamalıdı.
Beləliklə, AFFA FİFA-dan 1.5 milyon dollar yardım alacaq. Bir müddət əvvəl bu məbləğin 500 min dollar olduğu açıqlanmışdı.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *