Azərbaycan nefti bahalaşıb

Dünya birjalarında neftin qiyməti qalxır.

Millitribuna.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,56 dollar artaraq 41,61 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,49 dollar bahalaşaraq 39,21 dollar təşkil edib.

Azərbaycan nefti də bahalaşıb.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,62 dollar artaraq 42,19 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *