Avropada koronavirusa yoluxma yenidən artıb

Son bir neçə ayda ilk dəfə olaraq ötən həftələr Avropada koronavirus infeksiyasına yoluxma halında artım qeydə alınıb.

Millitribuna.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Klyuqe bildirib.

Onun sözlərinə görə, son 2 həftə ərzində Covid-19 üzrə məyusedici dinamika regionun 30 ölkəsində müşahidə olunub. Onlardan 11-də virusun yayılması sürəti epidemiyanın yenidən başlamasına səbəb ola bilər. “Əgər başlayan proses dayandırılmasa, virus həmin Avropa ölkələrinin səhiyyə sistemlərini uçuruma yuvarlayacaq”, — deyə təşkilatın nümayəndəsi bildirib.

Klyuqenin sözlərinə görə, xəstəliyin yeni yoluxma riski dövlətlərin məhdudiyyətləri erkən ləğv etmələrinin nəticəsidir:

“Avropanın bir neçə ölkəsində bu risk artıq realığa çevrilib”.

Klyuqe Polşa, Almaniya, İspaniya və İsrail hökumətinin xəstəliyin artan yeni hallarına qarşı tez bir zamanda reaksiya verdiklərini bildirib. O qeyd edib ki, avropalılar sosial məsafə və maska taxmaq kimi tədbirlərə daha məsuliyyətli yanaşmağa başladılar.

Qeyd edək ki, Avropada koronavirusa ümumi yoluxma sayı 2,6 milyon nəfərə çatıb, 190 mindən çox pasiyent dünyasını dəyişib.(virtualaz.org)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *