«Arvadım deyir ki, üçüncü dəfə evlən» — Əməkdar artist

«Bir həyat yoldaşım var. Kəbinli, qanunlu Gülü xanımla ailəliyəm. 26 ildir evliyik. Birinci həyat yoldaşım oğlum Emilin anasıdır».

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov «Ona qalsa» proqramında deyib. Aktyor iki həyat yoldaşı olması xəbərlərinə münasibət bildirib:

«Nə qədər insan var boşanıb, evlənib. İki qadın saxlamaq mənlik deyil. O qədər deyirlər ki, Rəhman iki arvad saxlayır, dözürdüm. Yoldaşım da dözürdü. Saxlamıram, yoxdu elə şey. Yoldaşım deyir ki, bunların acığına get, üçüncü dəfə evlən. Kimin nə işinə qalıb. Söz-söhbətdir, yığışdırsınlar. Xətirlərinə dəymirdim, amma olmaz. verilişlər dostlarımdır, gəlirdilər çəkib yayımlayırdılar. Nə olsun ki, birinci həyat yoldaşım hazırki ilə görüşüb. İnsandılar, «salam-sağ ol» var. Amma biz boşanmışıq və bitib».

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *