Koronavirusa yoluxanların sayı 9 milyon 555 mini keçdi

Koronavirusa yoluxanların sayı artmağa davam edir.

Millitribuna.Az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünya üzrə koronavirusa yoluxanların sayı 9 milyon yarımı keçib.

Bugünkü statistikaya görə koronavirusa yoluxanların sayı 9,555,303-ə çatıb. 485,571 insan bu virus səbəbi ilə dünyasını dəyişib.

Xəstəlikdən sağalanların sayı isə 5 milyon 195 min nəfərdən artıqdır. Lakin mütəxəssislərin fikrincə koronavirusdan tamamilə sağalmaq mümkün deyil. Belə ki, koronavirusdan sağalan şəxslərin ağciyərlərinin fəaliyyəti xeyli zəifləyir, gələcəkdə sürətli hərəkət zamanı təngnəfəsliyə səbəb olur.

Qeyd edək ki, Koronavirus infeksiyası ötən ilin noyabr ayında Çinin Uhan şəhərindən yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.(milli.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *