«Blok qoyulan əmanətlər barədə Konstitusiya Məhkəməsi qərar verə bilər»

“Azərbaycan Mərkəzi Bankının lisenziyası ləğv edilmiş banklara göndərdiyi əmanət qəbulunun dayandırılması barədə məktublardan Əmanətlərin Sığortalanması Fondunun məlumatı olmaya bilər».

Bunu Marja-ya Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Tural Piriyev bildirib.

“AG Bank və NBC Banka Mərkəzi Bankın əmanət qəbulunu qadağan etməsi barədə Fonda məktub daxil olub-olmamasını araşdırırıq. Bu barədə yaxın günlərdə məlumat verəcəyik. Fondun bu qadağadan məlumatı olmaya da bilər. Qeyd edim ki, adını çəkdiyim banklar qadağadan sonra qəbul etdikləri əmanətlərə görə Əmanətlərin Sığortalanması Fonduna sığorta haqqı ödəyiblər.

Biz bu əmanətlərə kompensasiyanın ödəniliməsinin mümkünlüyünü araşdırırıq. Əgər mümkün olmasa biz yekun qərarın verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəyik. Müştərilər haqqında bütün məlumatlar toplandıqdan sonra Nazirlər Kabineti vasitəsilə müraciət edəcəyik. Biz bu məsələni yayın sonunadək həll etmək niyyətindəyik”.

Qeyd edək ki, Mərkəzi Bank 2017-ci ilin Oktyabr ayından AG Bank-a, 2020-ci ilin Yanvar ayından isə NBC Banka əmanət qəbulunu qadağan edib. Bu qadağaya baxmayaraq banklar əmanət qəbuluna davam ediblər. Əmanətlərin Sığortalanması Fondu qadağadan sonra qəbul edilmiş əmanətləri blok edib və kompensasiya ödənilmir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *