“Qadınlar yasda bir-birini qucaqlayıb öpürlər, yoluxurlar” — Videoreportaj

Son günlər Azərbaycanda koronavirusa yoluxanların gündəlik sayı 500-ə çatır.

Bu vəziyyətdə ağırlıq həm cəmiyyətə, həm də həkimlərin çiyninə düşür.

“Qafqazinfo”nun əməkdaşları ən ağır xəstələrin yerləşdirildiyi yeni fəaliyyətə başlayan “Yeni Klinika”da olub, dünyanın tanımadığı xəstəlikdən insanlarımızı xilas edən həkimlər və bu xəstəliyə düçar olanlarla söhbətləşib.

Anestezioloq-reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Kəmalə Namazova deyib ki, son bir ay ərzində reanimasiya şöbəsinə daxil olan xəstələr kritik ağır vəziyyətdə olur: “Əksəriyyətində kəskin tənəffüs çatışmazlığı, kəskin respirator distress sindrom olur. Yanaşı xəstəliklər fonunda vəziyyəti ağırlaşmış xəstələrin sayı çoxalıb. Bu xəstəxanada xəstələrdə ən çox rast gəlinən yanaşı xəstəliklər ürəyin xroniki işemik xəstəliyi, şəkərli diabet, hipertoniyadır. Xəstələrin əksəriyyətinin yoluxma mənbəyi yas yerləridir. Qadınlar bir yerdə otururlar, söhbət edirlər, bir-birini qucaqlayıb öpürlər. Bu yolla yoluxurlar. Hazırda bizim reanimasiyada 30-a yaxın xəstə var, təxminən 25-i kritik ağır vəziyyətdədir. Əksəriyyəti süni tənəffüs aparatına qoşulub. Belə xəstələr ancaq üzü üstə uzanır, onlara su çox verəndə həm qusma refleksi ola bilər, həm də diafraqmanın qalxması nəticəsində tənəffüs çatışmazlığı dərinləşə bilər. Ona görə də hər saatda 5-10 milliqramdan artıq su verilmir”.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *