Yeni tikilən modul tipli xəstəxana üçün həkim axtarılır

1 saylı Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstəcək modul tipli xəstəxanaya vakant yerlər elan edilib. 

Millitribuna.az xəbər verir ki, maraqlanan namizədlər CV-lərini iyulun 1-dək hr@tabib.gov.az ünvanına “Modul xəstəxana” başlığı ilə göndərə bilərlər.

Müraciət olunan vəzifənin adı qeyd edilməlidir. Yalnız seçilən namizədlərlə əlaqə saxlanılacaq. Əməkhaqqı barədə müsahibədə məlumat veriləcək.

Vakant yerlər aşağıdakılardır:

Qəbul şöbəsi:

Həkim — 1 yer

Tibb bacısı — 1 yer

Tibbi heyət:

Reanimatoloq — 3 yer

Terapevt — 11 yer

Pulmonoloq — 2 yer

İnfeksionist — 4 yer

Nefroloq — 1 yer

Kardioloq — 1 yer

Epidemioloq — 1 yer

Tibb bacısı (qardaşı) — 60 yer

Kiçik tibb bacısı (qardaşı) — 30 yer

Laborant — 6 yer

Aptek (provizor) — 1 yer

Qeyri-tibbi heyət:

Mühafizə — 4 yer

Porter — 2 yer

Sürücü — 1 yer

Elektrik — 1 yer

Qazanxana işçisi — 2 yer

Qeydiyyatçı — 5 yer

Kompyuter operatoru — 2 yer

Fəhlə — 2 yer

Anbar -1 yer

Biomedikal — 1 yer

Texnik — 1 yer

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *