«Ermənistan tərəfinin seçki şouları heç bir məntiqə sığmır» — politoloq

“Ermənistan tərəfinin seçki şouları heç bir məntiqə sığmır və Azərbaycan tərəfində hiddət hissi doğurur”.

Millitribuna.az xəbər verir ki, bunu ötən gün Azərbaycanın işğal olunmuş Şuşa şəhərində keçirilən qondarma “andiçmə” mərasimi ilə bağlı fikirlərini bölüşən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

İlyas hüseynov vurğulayıb ki, Ermənistanın seçki şouları Azərbaycan tərəfində ikrah hissi doğurur:

“Ermənistan tərəfi bilməlidir ki, müharibə hələ bitməyib və Azərbaycan öz torpaqlarını hərbi yolla qaytarmaq hüququna malikdir. Ermənistanın keçirdiyi seçki şouları xalqların sülhə hazırlanması ilə bağlı bəyan olunan tezisin pozulmasını göstərir. Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında bu cür təxribatçı əməllər törətməsi yüz minlərlə məcburi köçkünün fundamental hüquqlarının pozulması deməkdir. Ermənistanın qıcıqlandırıcı davranışları bölgədə hərbi qarşıdurmanın baş verəcəyinə və gərginliyin artmasına xidmət edir”.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *