Ayın mənimsənilməsi üzrə qaydalar təqdim olunub

ABŞ Kosmik Agentliyi (NASA) Ayın mənimsənilməsi və onun ərazisində faydalı qazıntıların hasilatı üzrə beynəlxalq qaydaların təsvir olunduğu “Artemis Accords” sazişini təqdim edib. Bu barədə sənəd təşkilatın saytında dərc edilib.

Millitribuna.Az ictnews.az-a istinadən bildirir ki, sazişdə göstərilən on yeni prinsipə görə, gələcək Ay bazaları ətrafında “təhlükəsiz zona”lar anlayışı tətbiq edilir. Bundan başqa, “NASA” əldə olunan elmi məlumatların ictimai mübadiləsini, eləcə də Ayda kosmik aparatların qeydiyyata alınmasını təklif edir.

Bundan əlavə, sənəddə sazişin iştirakçısı olan ölkələr tərəfindən peykdə tarixi dəyərə malik bütün yer və artefaktların qorunması, eləcə də kosmik tullantıların əmələ gəlməsinə yol verməmək üçün istifadə edilməyən aparaturanın utilizasiya edilməsinin öhdəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməsi nəzərdə tutulur.

Həmçinin Aydakı resurslar kosmik məkanın tədqiqi üçün kritik vacib aspekt hesab edildiyindən onların hasilatına və istifadəsinə icazə verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir