Arıqlamaq istəyənlər – Alça yeyin!

Dietoloq Nərgiz Nəzirova arıqlamaq istəyənlərə mövsümi meyvələrdən alça yeməyi tövsiyə edib.

Millitribuna.az xəbər verir ki, ekspert yaşıl alçanın bir çox faydalı xüsusiyyətlərindən bəhs edib.

“Yaşıl alça təbii antioksidantlarla zəngindir. Antioksidantlar orqanizmi cavanlaşdırır və ziyanlı maddələrdən təmizləyir.Alçanın tərkibində bir çox faydalı maddələr var – orqanik turşular, pektin, A, PP, C vitaminləri, dəmir, kalsium, maqnezium, kalium, fosfor və s. Turşularla zəngin olan meyvə orqanizmdə olan piyləri parçalayır, xolesterinin və şəkərin səviyyəsini aşağı salır.

Arıqlamaq istəyən insanlar alçanı öz pəhrizinə daxil etməlidir”, – deyə dietoloq qeyd edib.(publika.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir