Türk Hava Yolları daxili və xarici uçuşların tarixini açıqladı

“Turkish Airlines” (“Türk Hava Yolları”) şirkəti iyunun 4-dən daxili, 10-dan isə xarici uçuşlarını bərpa edəcək.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı bildirib.

Qeyd edib ki, sərnişinlərin əl yükünün təyyarənin salonuna daxil edilməsinə icazə verilməyəcək. 8 kiloqramlıq əl yükü təyyarənin yük yerinə qəbul ediləcək və ödəniş haqqı da ümumi yükə əlavə ediləcək.

Sərnişinlər təyyarə salonuna yalnız əl çantası ilə daxil ola biləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir