Tramp köklükdən əziyyət çəkir – Pelosi

ABŞ Prezidenti Donald Trampın koronavirusa qarşı “hidroksixloroxin” adlı dərmanı qəbul etməsi yaxşı fikir deyil.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Nümayəndələr Palatasının spikeri, demokrat Nensi Pelosi deyib.

“Bu dərmanın ürəyə zərər verdiyi deyilir. Üstəlik, Tramp köklükdən əziyyət çəkir”, – deyə Pelosi bildirib.

Ağ Ev rəhbəri isə əvvəlcə Pelosinin fikirlərini şərh etməsə də, sonradan xanım spikeri əqli problemli adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir