Sabiq prezident Paşinyanı məhkəməyə verdi

Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryanın baş nazir Nikol Paşinyana qarşı qaldırdığı iddia üzrə ilkin məhkəmə iclası iyunun 23-də keçiriləcək.

Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, işə hakim Tiqran Qriqoryan baxacaq.

Məhkəmə iddiası Paşinyanın Koçaryana qarşı böhtan, şərəf və ləyaqətinin təhqir olunması ilə bağlıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir