Rusiyadan Zelenskiyə cavab: Şərtimiz var

Rusiya heç vaxt Donbasdakı situasiya ilə bağlı danışıqlar aparmaqdan yayınmayıb.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya mediası Rusiya Xarici İşlər Nazirliyinin adı açıqlanmayan nümayəndəsinə istinadla yayıb.

Bildirilib ki, Rusiya lideri Vladimir Putin heç vaxt dialoqdan imtina etməyib.

“Normand dördlüyü” formatında gəldikdə isə, bəli, burada şərtlər var: Parisdəki sammitin qərarlarının icrası və yekun qətnamələrin əvvəlcədən təsdiqlənməsi lazımdır”, – mənbə deyib.

Nazirlik rəsmisi vurğulayıb ki, Kiyev Parisdəki 7 qərardan yalnız birini – girovların dəyişdirilməsini icra edib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski koronavirus pandemiyasından sonra Rusiya ilə Krım və Donbas məsələsini üzbəüz müzakirə edəcəyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir