Məşhur şirkət Azərbaycan futboluna maliyyə dəstəyini dayandırır

Azərbaycan futbolu daha bir sponsorunu itirmək üzrədir.
“Silk Way” bu sahəyə ayırdığı maliyyə dəstəyini dayandırmağa hazırlaşır.

 

Buna səbəb karqo fəaliyyəti üzrə ixtisaslaşmış şirkətin koronavirus pandemiyasına görə böyük iqtisadi zərərə uğramasıdır.
İki aydır ölkədə hava nəqliyyatı çalışmır. Sərhədlərin bağlanması üzündən xaricə uçuşlar həyata keçirilmir. Odur ki, şirkətin gəliri sıfıra enib, hətta öz işçilərinin məvacibini ödəməyə çətinlik çəkir.
“Silk Way” 2005-ci ildən ölkənin futbol ailəsinin üzvüdür. Şirkət 2018-ci ilədək AZAL PFK və “Şüvəlan”ın baş sponsoru olub. 2016-cı ilin yayından isə eyni zamanda “Zirə”nin himayədarları sırasına daxil olub.(Sportinfo.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir