Yeni qaydalar qiyabi təhsil alanlara da şamil olunacaq

 

Biliyin qiymətləndirilməsi ilə bağlı əyani təhsil alan tələbələr üçün tətbiq olunan qaydalar qiyabi təhsil alanlara da şamil olunacaq.

Millitribuna.az-ın məlumatına görə, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində sektor müdiri Yaşar Ömərov bildirib.

“Qiyabi təhsil alan tələbələr daha sərbəst şəkildə işləməyə öyrəniblər və onlar yeni qaydaları da bu şəkildə davam etdirə bilərlər”, – deyən Y.Ömərov əlavə edib ki, artıq Nazirlər Kabinetinin yeni qərarlarından irəli gələn məsələlərlə bağlı təlimatlar ali məktəblərə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir