“Oskar” tarixində ən böyük böhran ola bilər

Buna səbəb isə pandemiyaya görə film çəkilişlərinin təxirə salınmasıdır.

Millitribuna.az xəbər verir ki, təşkilatçılar hazırda mərasimin mayın sonuna və ya iyunun əvvəlində keçiriləməsi ilə bağlı fikirləri nəzərdən keçirirlər.

Mütəxəssislərin sözlərinə görə, bu, “Oskar” tarixində ən böyük böhran ola bilər.

Qeyd edək ki, hər il reallaşan mükafatlandırma mərasimi ikinci dünya müharibəsi zamanı da keçirilib. “Oskar”ın verilməsi indiyə qədər yalnız 1 dəfə, 1981-ci ildə ABŞ prezidenti Ronald Reyqana qarşı törədilən sui-qəsd zamanı təxirə salınıb.

Xatırladaq ki, mükafatlandırma mərasimi hər il fevral ayında keçirilirdi.(axsam.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir