“Xəstəyəm, ana ola bilmirəm”

Türkiyəli eks-futbolçu Burak Qeyzemerin braziliyanı həyat yoldaşı Larisa Qeyzemer sosial mediada ona ünvanlanan “Niyə övladınız yoxdur” suallarına əsəbiləşib.

Axşam.az xəbər verir ki, sənətçi bununla bağlı sosial media hesabında paylaşım edib. Larisa bildirib ki, doğuşdan gələn xəstəlik səbəbiylə ana ola bilmir:

“Bilirəm ki, çoxunuz xoş niyyətlə soruşursunuz. Xəstəyəm, ana ola bilmirəm. Amma hədsiz və pis rəylər verilməyə başlanıb. Həm mənim, həm də bu vəziyyətdə olan qadınlar üçün bəsdirin. Özümü belə qəbul etmişəm. Burak da məni belə qəbul edib. Xoşbəxtəm, siz də xoşbəxt olun. Hamınızı çox sevirəm”.

Onun bu paylaşımından sonra cütlüyə xeyli sayda dəstək mesajları yazılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir