Türk lirəsi bahalaşdı

Keçən həftəni 6.90 lirədə tamamlayan dollar/TL məzənnəsi yeni həftəyə də geriləmə ilə başlayıb.

Millitribuna.az xəbər verir ki, 7 Mayda 7.2690 ilə tarixi zirvəyə yüksələn məzənnə bu gün 6.81-ədək düşüb. Bakı vaxtı ilə saat 11:35-də Dollar/TL məzənnəsi 0,7% azalma ilə 6.8143 səviyyəsində olub.

Ötən həftələr Türk Lirəsi (TL) ilə əməliyyatlara bir sıra qadağaların tətbiq edilməsi Lirənin bahalaşmasına səbəb olur.

Bu həftə Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq.(marja)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir