“Şadlıq evlərinin açılması gündəmdə deyil” – İbrahim Məmmədov

“Şadlıq evlərinin yaxın müddət ərzində açılması gözlənilmir”.

Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, iyun-iyul ayında toyların olub-olmaması barədə indidən söz demək çətindir.

“Bugünkü statistikaya əsasən, deyirik ki, şadlıq evlərinin açılması gündəmdə deyil. Lakin sabah vəziyyət necə dəyişəcəksə, ona uyğun mütəxəsisslərlə qərar veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir