Qırğızıstanda 255 tibb işçisi COVİD-19-a yoluxub

Qırğızıstanda koronavirusa 78 yeni yoluxma faktı qeydə alınıb.

Azvision.az xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 1216-ya çatıb. Onlardan 255 nəfəri tibb işçisidir. İndiyədək 827 nəfər sağalıb, 14 xəstə həyatını itirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir