İran İsrailə müqavimətlə bağlı qanun qəbul etdi

İran parlamenti İsrailə müqavimət haqqında qanun layihəsini qəbul edib.

Axar.az xəbər verir ki, bu məlumatı İRNA agentliyi yayıb.

Qanuna əsasən, İran Xarici İşlər Nazirliyi Fələstinin paytaxtı hesab etdiyi Qüdsdə virtual səfirlik yaratmalıdır. Bu tədbir altı ay ərzində reallaşdırılmalıdır.

Qanunda İran ərazisindən İsrail mallarının tranzitinin qadağan edilməsi də əks olunub.

İran hakimiyyətinin, həmçinin, digər xalqlar və dövlətlərə Qüdsün azad edilməsi üçün yardım göstərməsi gərəkdiyi də qanunda vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir