Evander Holifild: “Taysonla döyüşmək problem deyil”

Boks üzrə ağır çəkidə sabiq dünya çempionu Evander Holifild əfsanəvi Mayk Taysonla mümkün döyüşündən danışıb.

Fanat.Az “L’Equipe” qəzetinə istinadən xəbər verir ki, Holifild belə deyib:

“Nümayəndələrimiz əlaqə saxlayıb. Buna doğru gedirik, ancaq hələ razılıq əldə olunmayıb. Digər məsələlər qaydaya salınsa, döyüşü keçirmək problem olmayacaq”.

90-cı illərdə Tayson və Holifild 2 dəfə qarşılaşıb. 1996-cı ildə “Dəmir Mayk” bu rəqibinə texniki nokautla yenilmişdisə, ikinci döyüşdə onun qulağını dişləyərək diskvalifikasiya edilmişdi.

Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən veteran boksçuların görüşünün afişası yayılsa da, sonradan bunun yalan olduğu üzə çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir