Bu il evlənmək istəyən 145 nəfərdə sifilis aşkarlandı

2020-ci ilin 4 ayı ərzində evlənmək istəyən 26 min 134 nəfər tibbi müayinədən keçib.

Onlardan 828 nəfərdə talassemiya daşıyıcılığı, 145 nəfərdə sifilis aşkarlanıb.

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, evlənmək üçün müayinədən keçən 39 nəfərdə HİV müəyyən edilib. Bundan əlavə, 11 cütlükdə tassemiya daşıyıcılığı aşkarlanıb.

Ümumilikdə indiyədək 661 min 498 nəfər müayinədən keçib. Onlardan 22 min 721 nəfərdə talassemiya daşıyıcılığı, 2254 nəfərdə sifilis, 644 nəfərdə işə QİÇS aşkar edilib. Bu dövrdə 246 cütlükdə talassemiya daşıyıcılığı müəyyən olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir