Bakıda qadın sürücü piyadanı öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Millitribuna.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Aygün Qəniyevanın idarə etdiyi “Jeep Cherokee” markalı avtomobil yolu keçən orta yaşlı kişini vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir