Tramp: “COVID-19 vaksininin pulsuz yayılması istisna deyil”

ABŞ prezidenti Donald Tramp koronavirus əleyhinə vaksinin hazırlanmasından danışıb.

Bu barədə “Report” “Fox”a istinadən xəbər verir.

Məlumata görə, dövlət rəhbəri qeyd edib ki, ABŞ administrasiyası gələcəkdə koronavirus vaksininin pulsuz yayılması imkanını istisna etmir.

“Biz əslində bunu araşdırırıq”, – Donald Tramp vurğulayıb.

O həmçinin ABŞ alimlərinin ən yaxın müddətdə xəstəlik əleyhinə vaksini hazırlamağa müvəffəq olacaqları barədə fikrini ifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir