Makedoniyalı İskəndəri öldürən səbəb tapılıb

Çoxillik araşdırma nəticəsində Makedoniyalı İskəndərin ölüm səbəbi müəyyən edilib.

Millitribuna.az-ın məlumatına görə, sərkərdənin ölüm səbəbi 1995-ci ildən alimlər tərəfindən tədqiq edilir. Son araşdırmaları aparan Aristotel Universitetinin alimləri doktor Tomas Qerasimidisin rəhbərliyi altında belə qənaətə gəliblər ki, İskəndər pankreonekrozdan – mədəaltı vəzinin kəskin iltihabından dünyasını dəyişib.

Alimlərin fikrincə, onun bu səbəbdən ölməsi şərab və yağlı yeməyə meyilli olması ilə əlaqədar ola bilər. Alimlər onun ömrünün son günlərini təsvir edən tarixi sənədlər əsasında belə qənaətə gəliblər ki, ölümdən öncə onda halsızlıq, qarın nahiyəsində güclü ağrılar, qızdırma olub ki, bu da məhz həmin xəsətliyin əlamətləridir.

Lakin bu vaxta qədər Makedoniyalı İskəndərin malyariya, pnevmaniya, yatalaq kimi xəstəlikdən dünyasını dəyişməsi barədə fikirlər səsləndiriblər.

Xatırladaq ki, Makedoniyalı e.ə. 323-cü ildə 32 yaşında vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir