İsveç Kralı İlham Əliyevi təbrik etdi

İsveç Kralı XVI Karl Qustav Prezident İlham Əliyevi Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbrik edib.

Millitribina.az məktubun mətnini təqdim edir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir