Göygöldə yeniyetmə oğlan çayda boğulub

Göygöl rayonunda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Pənahlılar kəndi ərazisində qeydə alınıb.

Belə ki, 13 yaşlı Hüseynov Ömər Tural oğlu kənd ərazisində mal-qara otaran zaman ehtiyatsızlıqdan körpünün üstündən çaya düşüb.

Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib. Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir