DSX-nin daha iki polkovniki HƏBS OLUNDU

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin rəisi Əfqan Hacıyevlə birgə tutulan şəxslərin adı məlum olub.

Bakupost-un məlumatına görə, Hərbi Məhkəmə tərəfindən polkovnik Vəliyev Elçin Vaqif oğlu və polkovnik Quliyev Xalis Xudamurad oğlu barəsində də həbs qətimkan tədbiri seçilib.

E. Vəliyev Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli mqidarda rüşvət almada) X. Quliyev isə 312.2-ci (rüşvət vermə) ittiham olunur.

Bakı Hərbi Məhkəməsində hər iki şəxs barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir