Bu, əsrlərin xəyalı idi – Ərdoğan

“Çanaqqala boğazında körpü inşası əsrlərin xəyalı idi. Ölkəmizin xəyalını gerçəkləşdirmək, çox şükür ki, bizə nəsib oldu”.

Axar.az xəbər verir ki, bunu “1915 Çanaqqala” körpüsünün təməlqoyma mərasiminə videokonfransla qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, bu, dünyanın ən uzun körpüsü adına layiqdir və İstanbul boğazını bəzəyəcək:

“Körpünün uzunluğu 2 023 metrdir. Bərə ilə 1,5 saat sürən boğaziçi səyahət körpü ilə 6 dəqiqə ərzində tamamlanacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir