Gürcüstanda koronavirusa yoluxanların sayı 671 nəfərə çatıb

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) 4 yeni yoluxma halı qeydə alınıb.

Millitribuna.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da Gürcüstanda virusa yoluxanların sayı 671 nəfərə çatıb.

Qeyd olunub ki, 3873 nəfər karantində saxlanılır, 404 nəfər stasionar şəraitdə müalicə olunur. Xəstəliyə yoluxanlardan 383 nəfər sağalıb, 12 nəfər isə vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir