Avropa koronavirusun yeni dalğası ilə üzləşə bilər

Avropa koronavirusun payızda gələ biləcək yeni dalğasına hazırlıq görməlidir.

Millitribuna.az xəbər verir ki, bu proqnozla “Daily Telegraph” nəşrinə müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunun rəhbəri Hans Klyuqe çıxış edib.

ÜST-nin nümayəndəsi qeyd edib ki, hazırda bayram etmək yox, hazırlıq görmək zamanıdır. O, həmçinin diqqətə çatdırıb ki, COVID-19 pandemiyası ilə mübarizə üçün məhdudiyyətlər tətbiq edən bəzi ölkələr bunu aradan qaldırmağa başlayıblar. Hans Klyuqenin fikrincə, məhdudiyyətlərin ləğvi tələskən qərar ola bilər. Xəstələnənlərin sayının azalması hələ pandemiyanın sonu demək deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir