MSK-nın tərkibi yenilənəcək

Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenidən formalaşdırılacaq.

Millitribuna.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin yaxın zamanlarda keçiriləcək iclaslarının birində müzakirəyə çıxarılacaq.

Məlumat üçün bildirək ki, yeni parlament formalaşan kimi MSK-nın da tərkibi təsdiqlənməlidir.

Qeyd edək ki, MSK 18 üzvdən ibarətdir. MSK üzvləri Milli Məclis tərəfindən seçilir. Seçki Məcəlləsinə əsasən, Komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı təmsil edir. 6 üzvü bitərəf deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.(modern.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir